Lukaşenkoya beynəlxalq təzyiqlər artıbdır
Belarusda etirzların davam etməsi ilə bu ölkə prezidentinə göstərilən beynəlxalq təzyiqlər artıbdır.
SəhərAzəri xəbər verir, sabah Avropa İttifaqının Belarusun vəziyyəti ilə əlaqədar fövqəladə iclas keçirməsi qərara alınıb və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı da vasitəçilik etməyə hazır oldunu bildirib.
Avropa Şurasının sədri Şarl Mişel bir Tvittdə yazıb: "Avropa İttifaqını artıq sanksiyalarla bağlı işə başlayıb. Bu sanksiyalara aktivlərin dondurulması və etirazçıları repressiya edənlərin səyahətlərinə qoyulan məhdudiyyətlər daxil ediləcək və bu siyahının genişlənməsi də istisna edilmir".
Avropa İttifaqına üzv ölkələr bu sanksiyaları müzakirə etmək üçün bir araya gələcəklər.
Belarusda Avqustun 9-da keçirilən prezident seçkilərinin sona çatması və bu ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenkonun 80 faizdən çox səs toplayaraq, seçkilərin qalibi elan edilməsindən sonra onun məğlub olmuş rəqibi Svetlana Tixanovskayanın tərəfdarları seçkilər prosesinə etiraz edərək, polis əməkdaşları ilə toqquşublar.
Belarus rəsmiləri etiraz aksiyalarının gedişatında iki nəfərin ölümündən xəbər veriblər.