AB Afinanın yalanını ifşa etdi: Hüquqi dəyəri yoxdur!
https://azeri.sahartv.ir/news/dünya-i366217-ab_afinanın_yalanını_ifşa_etdi_hüquqi_dəyəri_yoxdur!
Avropa Birliyi Komissiyası Yunanıstanın yalanını ortaya çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 08:08 Asia/Baku
  • AB Afinanın yalanını ifşa etdi: Hüquqi dəyəri yoxdur!

Avropa Birliyi Komissiyası Yunanıstanın yalanını ortaya çıxarıb.

SəhərAzəri Axar-a istinadla xəbər verir, AB Türkiyənin atdığı addımlara qarşı yunanların irəli sürdüyü “Sevilya xəritəsi”nin rəsmi sənəd olmadığını açıqlayıb.

“Qurumların hazırladığı xarici hesabatlar AB-nin rəsmi sənədləri sayılmır. Həmin sənədlər AB üçün hüquqi və siyasi dəyər daşımır. Dəniz ərazilərinin delimitasiyası və bu ərazilərdəki ehtiyatların istifadəsi ilə bağlı məsələlər yalnız beynəlxalq hüquq normalarına, yaxşı qonşuluq prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həll edilə bilər”, - məlumatda bildirilib.