Avq 20, 2020 15:18 Asia/Baku
  • Amerikanın tətik mexanizmini fəallaşdırmaq haqqı yoxdur

Çin xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Amerikanın tətik mexanizmini fəallaşdırmaq haqqı yoxdur.

SəhərAzəri xəbər verir, Tsao Li Tsyan Pekində keçirdiyi mətbuat konfransında deyib: Amerika nüvə anlaşmasından çıxmaqla bu mexanizmi fəallaşdırmaq haqqını itirib və BMT-nin İrana qarşı sanksiyalarının geri dönməsini istəyə bilməz.

Çin xarici işlər nazirliyinin sözçüsü bundan öncə belə demişdi: Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında İran əleyhinə qətnaməsinin uğursuz qalması bir daha göstərdi ki, təkvektorluluğa əsla yer yoxdur və hegemonçu rəftar uğur qazanmayacaqdır.

O, ABŞ-a xəbərdarlıq etdi ki, İran İslam Respublikasına qarşı sanksiyalara son qoysun və məntiqli və düzgün baxışla/ «İranla nüvə anlaşmasına və Təhlükəsizlik Şurasının qərarlarına hörmət» kimi/ düz yola qayıtsın.

Çin xarici işlər nazirliyinin bu rəsmisi Putinin BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi barədəki təklifini alqışlayaraq, dedi ki, Çin İranın nüvə məsələsinin siyasi həllinin birgə şəkildə irəlilədilməsi üçün bütün əlaqədar tərəflərlə əməkdaşlığa maraqlıdır.

Teqlər