Avq 21, 2020 03:44 Asia/Baku
  • Makron:

Paris rusiyalı müxalif siyasətçi Aleksey Navalnıya və onun ailəsinə bütün lazımi yardımı göstərməyə, o cümlədən sığınacaq verməyə hazırdır.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Fransa Prezidenti Emmanuel Makron Almaniya Kansleri Angela Merkellə keçirdiyi danışıqlardan sonra bildirib.

Merkel də Navalnıya tibbi yardım göstərməyə hazır olduğunu bəyan edib.

“Biz Aleksey Navalnıya, onun yaxınlarına, sağlamlıq, sığınacaq və müdafiə baxımından istənilən köməyi təklif etməyə hazırıq. Biz bu vəziyyətdən çox kədərlənmişik və narahatıq”, - Makron deyib.

Xatırladaq ki, bu gün Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə reys yerinə yetirən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Müxalifət liderinə qoyulan ilkin diaqnozun naməlum psixodisleptik (halüsinasiyaya səbəb ola biləcək maddələr) kəskin zəhərlənmə olduğu bildirilib. Siyasətçinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, Aleksey Navalnıy ikinci dərəcəli komadadır. Aparılan tədqiqatların nəticələrinə görə həkimlər Rusiyada müxalifət lideri Aleksey Navalnıyda insult, infarkt və ya koronavirus da daxil olmaqla infeksion yoluxma əlamətləri tapmayıblar.

Teqlər