Amerika dünya səviyyəsində təcrid olunub
Vaşinqtonun müttəfiqlərinin tətik mexanizmi ilə müxalifəti Amerikanı dünya səviyyəsində təcrid edib.
SəhərAzəri xəbər verir, Bir ameikan telekanalın saytı İngiltərə, Fransa və Almaniyanın/ Vaşinqtonun BMT-nin İran əleyhinə sanksiyalarının bərpasına dair tələbinə qarşı çıxmalarına işarə ilə yazıb ki, bu, Birləşmiş Ştatların beynəlxalq səviyyədə təcrid edilməsinin nişanəsidir.
CNN telekanalının vebsaytı Kayli Etvudun qələmindən çıxan bir qeyddə ABŞ-ın BMT-nin İran əleyhinə sanksiyalarının bərpası istiqamətində tətik mexanizmini fəallaşdırmaq üzrə səylərini araşdırıb və yazıb ki, Vaşinqtonun müttəfiqlərinin bu məsələ ilə müxalifəti Amerikanı dünya səviyyəsində təcrid etdi.
Bu əsasda CNN, ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu ölkənin, qeyd olunan sanksiyaları geri qaytarmaq bacarığına dair iddiasına işarə ilə bildirib: Hələ də nüvə anlaşmasının bir hissəsi olan ölkələr, yəni Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya Pompeonun hüquqi məntiqi ilə müxalifət ediblər.
Yazının müəllifi bildirib ki, Fransa, İngiltərə və Almaniya birgə bəyanatda ABŞ-ın BMT-nin İran əleyhinə sanksiyalarının bərpası barədəki qərarına qarşı çıxıblar. Bu addım Birləşmiş Ştatların beynəlxalq səviyyədə təcrid edilməsinin nişanəsidir.
Yazıda həmçinin deyilir ki, Rusiya Amerikanın bu hərəkətinin araşdırılması üçün cümə günü BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib..
CNN amma qeyd edibdir ki, Rusiyanın BMT-dəki nümayəndəliyi Amerikanın BMT Təhlükəsizlik Şurasının İran barədə iclasının keçirilməsilə müxalifət etməsindən sonra öz ərizəsini geri götürübdür.
«Tətik mexanizmi» və «snapback-geriyə qayıdış» kimi digər adlarla da tanınan sanksiyaların avtomatik surətdə qayıdışı mexanizmi/ İran ilə 5+1 qrupu arasında əldə olunan nüvə anlaşmasından sonra dayandırılan İrana qarşı bütün qətnamələri bərpa etmək məqsədini güdür.
Tehran vaxtı ilə cümə axşamı gününün son saatında Pompeo bir məktub təqdim edərək, rəsmən BMT-ni/ İrana qarşı bütün beynəlxalq sanksiyaları geri qaytarmaq barədəki istəyindən məlumatlandırdı.