Avq 21, 2020 15:08 Asia/Baku
  • Lukaşenko Belarusdakı qarışıqlıqda ABŞ-ı ittiham etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki gərgin vəziyyətə görə ABŞ-ı günahlandırıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, “Bu qarışıqlığı bizim üçün hazırlayırdılar və Rusiya da bizi itirməkdən qorxurdu. Qərb bizi Rusiyaya qarşı çevirmək istəyib. Hazırda onlar Baltik-Qara dəniz koridoru, üç Baltikyanı, biz və Ukraynadan ibarət sanitar koridor yaratmaq istəyirlər”, - prezident bildirib.

“Bütün bunları planlaşdırıb və istiqamət verən ABŞ-dır, avropalılar isə dəm tutur. Belə deyiblərsə, elə də edirlər. Bununla əlaqədar Varşava yaxınlığında xüsusi mərkəz yaradılıb. Biz nəzarət edirik, onların nə ilə məşğul olduğunu bilirik”, - A.Lukaşenko vurğulayıb.

Teqlər