Avq 21, 2020 17:32 Asia/Baku
  • Dünya ictimaiyyəti Liviyada Tripoli hökumətinin atəşkəs elanını alqışlayıb

Bir sıra region və dünya dövlətləri Liviyada atəşkəsin elan edilməsini alqışlayıblar.

SəhərAzəri SalamNews-ə istinadla xəbər verir, BMT, ABŞ, İtaliya, Misir və sair dövlət və beynəlxalq təşkilatlar Liviyada atəşkəs elanını alqışlayıblar.

BMT-nin ölkə üzrə nümayəndləyi “Milli Barışıq Hökuməti”nin (Tripoli) baş naziri Faiz əs-Siracın, habelə “Liviya parlamenti”nin sədri Əqila Salehin (Tubruq) atəşkəslə bağlı elanını alqışlayıb.

Qeyd edək ki, atəşkəs elanı bu gün ilkin mərhələdə Tripoli hökumətindən gəlib. Bu bəyanatda bütün cəbhələrdə atəşkəsin bərpa edilməsi, seçkilərin isə bir neçə aydan sonra keçirilməsi təklif edilib.

Teqlər