Avq 22, 2020 08:22 Asia/Baku
  • Minlərlə yəmənli BƏƏ-nin sionist rejimlə əlaqələrinin adiləşdirilməsinə etiraz edib

Yəmənin Təiz şəhəri sakinlərindən minlərlə nəfər əmirliklərin sionist rejimlə əlaqələrinin adiləşdirilməsinin elan olunmasına etiraz olaraq, aksiya keçirib.

Səhər Azəri bildirir ki, aksiya iştirakçıları Fələstin xalqını himayə istiqamətində şüarlar veriblər. Onlar Qüdsü İslam Ümmətinin əsas və başlıca məsələsi adlandırıblar.

Yəmənli etirazçılar Fələstin məsələsinin hər cür buraxılması və sionist rejimlə münasibətlərin adiləşdirilməsini böyük xəyanət adlandırıblar. Vurğulayıblar ki, Fələstin təkcə ərəb ölkələrinin məsələsi deyil, həm də bütün müsəlman xalqların amalıdr.

ABŞ prezidenti Donald Tramp avqustun 13-də əmirliklər-sionist rejim münasibətlərinin adiləşdirilməsi barədə sazişdən xəbər verdi.

Əmirliklərin başçıları iddia ediblər ki, bu sülh sazişi qərb sahilinin sionist rejim tərəfindən işğal olunmuş digər ərazilərə qatılmasının qarşısını almaq üçün həyata keçirilibdir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu isə həmin planın ləğv olunmasını rədd edərək, yalnız deyibdir ki, bu plan təxirə düşübdür.

Teqlər