Avq 22, 2020 08:25 Asia/Baku
  • ABŞ-ın BMT TŞ-də İrana qarşı hərəkətləri təhlükəlidir

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bir daha Amerikanın tətik mexanizmini işə salmaq üzrə cəhdlərini tənqid edib.

Səhər Azəri bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi  ABŞ-ın İrana qarşı hərəkətləri və tətik mexanizmini işə salmaq üzrə cəhdlərini yanlış hərəkət hesab edib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:  Amerika Təhlükəsizlik Şurasında İrana qarşı təhlükəli hərəkətlərə başlayıbdır.

Bəyanatda sonra deyilir: Vaşinqton bundan öncə İrana qarşı silah sanksiyalarının uzadılması barədəki qətnamənin qəbul edilməsində uğursuz qaldı və indi elə bir halda Tehrana qarşı bütün sanksiyaları geri qaytarmağa çalışır ki, iki il bundan öncə nüvə anlaşmasını tərk edibdir.

Moskva vurğulayır ki, Vaşinqtonun BMT-dən tətik mexanizmini fəallaşdırmağı və Təhlükəsizlik Şurasının İrana qarşı bütün sanksiyalarının geri dönməsini istəməsi bir nəticə verməyəcəkdir.

Teqlər