Quterreş Liviyada siyasi prosesin bərpa olunmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i366323-quterreş_liviyada_siyasi_prosesin_bərpa_olunmasını_istədi
BMT-nin baş katibi Liviyada atəşkəsin elan edilməsinin ardınca münaqişə tərəflərindən ixtilafları siyasi yolla həll etmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2020 09:02 Asia/Baku
  • Quterreş Liviyada siyasi prosesin bərpa olunmasını istədi

BMT-nin baş katibi Liviyada atəşkəsin elan edilməsinin ardınca münaqişə tərəflərindən ixtilafları siyasi yolla həll etmələrini istəyib.

Səhər Azəri bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş Liviyada münaqişə tərəflərindən ixtilafları siyasi yolla həll etmələrini istəyib. 

Quterreşin sözçüsü Stefan Ducariç bir bəyanat yayaraq, bildirib: BMT-nin baş katibi Liviyadakı silahlı qruplaşmaların elan olunmuş atəşkəsə bağlı qalacaqlarına və ixtilafları konstruktiv siyasi yollarla həll edəcəklərinə ümidvardır. 

Liviyanın Milli Birlik Hökuməti və parlamenti ayrı-ayrılıqda bəyanatlar yayaraq, atəşkəs elan edib və BMT-nin nəzarəti altında yeni rəyasət şurasının təşkil olunmasını istəyiblər.