Avq 22, 2020 16:23 Asia/Baku
  • Ərəb Liqası: Yalnız Fələstin ölkəsi təsis edilərsə İsraili ilə sülh edəcəyik

Ərəb Liqasının baş katibi sionist İsrail rejimi ilə sülhün yeganə şərtini işğalçılığa son qoyulması və 1967-ci il sərhədləri daxilində Fələstin ölkəsinin təsis edilməsi adlandırdı.

Səhər Azəri bildirir ki, Ərəb Liqasının baş katibi Əhmə Əbülqeyz Birləşmiş Ərəb Əmirlikləri ilə sionist İsrail rejimi arasında sülh anlaşmasından təqribən 10 gün sonra bir bəyanat yayaraq, Ərəb ölkələrinin hələ də Fələstin məsələsində vahid mövqeyə malik olduqlarını və 2002-ci il təşəbbüsünün İsrail ilə sülhün yeganə şərti olduğuna inandıqlarını vurğulayıb. 

Əbülqeyz 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin ölkəsinin təsis edilməsinin bütün ərəb ölkələrinin istəyi olduğunu da qeyd edib. 

Ərəb Liqasının baş katibi daha sonra bütün ərəb ölkələrinin Qərb sahilinin İsrailə birləşdirilməsinə qarşı olduqlarını deyib. 

Teqlər