Avq 22, 2020 21:08 Asia/Baku
  • İraqda gərginlik artır

İraqlı etirazçılar Nasiriyyədə siyasi partiyaların qərargahına hücum ediblər

Səhər Azəri bildirir k i, İraqın Ziqar vilayətinin mərkəzi olan Nasiriyyə şəhərində bir qrup etirazçı siyasi partiyaların qərargahını dağıdıb.

Əksər hissəsi gənc təbəqədən olan etirazçılar hökumət qüvvələrinin müdaxiləsi olmadan siyasi partiyaların Nasiriyyə şəhərindəki qərargahını dağıdıblar.

Nasiriyyədə etirazlar cümə günü gecə, bu şəhərin mərkəzindəki piket çadırlarının yaxınlığında bomba partlayışından sonra başlanıb.

İraqın keçmiş baş nazri Nuri Əlmalikinin sözlərinə görə, Nasiriyyə hökumət qüvvələrinin nəzarətindən çıxıb.

Bir çoxları ondan nigarandırlar ki, Nasiriyyədə etirazların davam etməsi böyük «Xut» həbsxanasının qapılarının sınması ilə nəticələnsin. Bu zindanda bəəs rejiminin və terrorçuların başçıları saxlanırlar.

Teqlər