Lavrov: ABŞ İran əleyhinə sanksiyaları bərpa edə bilməyəcək
https://azeri.sahartv.ir/news/dünya-i366347-lavrov_abŞ_İran_əleyhinə_sanksiyaları_bərpa_edə_bilməyəcək
"ABŞ İran əleyhinə sanksiyaları bərpa etmək üçün hansısa qanuni bazaya malik deyil və bu istəyinə nail ola bilməyəcək".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2020 04:49 Asia/Baku
  • Lavrov: ABŞ İran əleyhinə sanksiyaları bərpa edə bilməyəcək

"ABŞ İran əleyhinə sanksiyaları bərpa etmək üçün hansısa qanuni bazaya malik deyil və bu istəyinə nail ola bilməyəcək".

Səhər Azəri bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Sergey Lavrov deyib: "ABŞ-ın İran əleyhinə sanksiyaların bərpa edilməsi üzrə səyləri Təhlükəsizlik Şurasında böyük bir rüsvayçılığa və ixtilafa yol aça bilər".

"Təhlükəsizlik Şurasının təqribən bütün üzvləri İran əleyhinə sanksiyaların bərpa edilməsi üzrə səylərin qeyri-konstruktiv və məntiqsiz olmasını dərk edir" deyə Lavrov qeyd edib.