Avq 23, 2020 17:03 Asia/Baku
  • Amerikalılar Əl-Taci bazasını İraq hökumətinə təhvil verdilər

ABŞ ordusu bu gün İraqın Əl-Taci hərbi hava bazasını Bağdad hökumətinə təhvil verib.

Səhər Azəri bildirir ki, ABŞ qüvvələri Əl-Taci bazasının müəyyən bir hissəsinə nəzarəti İraq ordusuna təhvil veriblər. 

İraqın Müştərək Əməliyyat Qərargahının sözçüsü general Təhsin Xəffaci deyib: Beynəlxalq Koalisiya Əl-Taci hərbi hava bazasının 8-ci bölməsinə nəzarəti İraq hökumətinə təhvil verib. 

Onun dediyinə görə Əl-Taci bazasının 8-ci korpusu daha öncə Avstraliya, Yeni Zellandiya və ABŞ hərbçilərinin ixtiyarında olub. 

Təhsin Xəffaci Beynəlxalq Koalisiyanın daha sonra digər bazaları da İraqlı qüvvələrə təhvil verəcəyini deyib. 

Əl-Taci hərbi hava bazası Bağdadın 80 kilometrliyində yerləşir. 

Teqlər