Avq 24, 2020 08:52 Asia/Baku
  • Gürcüstanda ağır yol qəzası baş verib, 17 nəfər ölüb

Gürcüstanın şimal-şərqində mikroavtobus qəzasında ölənlərin sayı 17-yə çatıb.

Səhər Azəri bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ötən gecə sərnişin mikroavtobusu Duşeti bələdiyyəsinin Şatili kəndi yaxınlığında təxminən 80 metr yüksəklikdən düşüb. İlkin məlumata görə, avtobusdaTiflisdən gələn turistlər olub.

Xilasedicilər sağ qalan üç nəfəri tapıb. Onlar ağır yaralanıb, vəziyyətləri ağırdır. Artıq üçü də tibb müəssisəsinə aparılıb.

Teqlər