Filippində qanlı terror \ 27 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i366394-filippində_qanlı_terror_27_nəfər_ölüb_və_yaralanıb
Filippinin cənubunda baş vermiş iki partlayış hadisəsində 27 nəfər ölüb və yaralanıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 09:49 Asia/Baku
  • Filippində qanlı terror \ 27 nəfər ölüb və yaralanıb

Filippinin cənubunda baş vermiş iki partlayış hadisəsində 27 nəfər ölüb və yaralanıb

Səhər Azəri bildirir ki, Filippinin cənubunda baş vermiş iki partlayışda 27 nəfərin öldüyü və yaralandığı bildirilir.

Filippin rəsmiləri ölkənin cənubunda, Colo məntəqəsində törədilən iki partlayışda 10 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığını bildiriblər. 

Əl-Cəzirə kanalı hadisə qurbanları arasında bir neçə hərbçinin olduğunu qeyd edib. 

Filippinin Qırmızı Xaç Komitəsinin bildirdiyinə görə ilk partlayış bomba qoyulmuş bir motorsikletin hərbçiləri daşıyan yük maşınının yanında partladıldığını bildirib. Bu hadisədə 5 hərbçi və 4 mülkinin öldüyü qeyd olunub. 

İkinci partlayış isə bir qadın tərəfindən törədilib. Bu hadisədə də 1 nəfər həlak olub. 

Əl-Cəzirə kanalı ümumilikdə 17 hərbçinin bu gün Filippində törədilən partlayışlarda yaralandığını bildirib.