Kreml Belarus hökumətinin müxalifləri ilə danışıqları rədd etdi
https://azeri.sahartv.ir/news/dünya-i366397-kreml_belarus_hökumətinin_müxalifləri_ilə_danışıqları_rədd_etdi
Kremlin sözçüsü Belarus hökumətinin müxalifləri ilə danışıqların aparılmasına dair xəbərləri rədd etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 12:23 Asia/Baku
  • Kreml Belarus hökumətinin müxalifləri ilə danışıqları rədd etdi

Kremlin sözçüsü Belarus hökumətinin müxalifləri ilə danışıqların aparılmasına dair xəbərləri rədd etdi.

Səhər Azəri bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Belarusun daxili işlərinə müdaxiləsini və Aleksandr Lukaşenkonun müxalifləri ilə danışıqları rədd edib. 

Dmitri Peskov deyib: Bizim Belarus hökumətinin müxalifləri ilə heç bir əlaqəmiz yoxdur və Moskva Belarus Müxalifətinin Kordinasiya Şurası ilə danışıqlar aparmır. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da dünən Qərbin Belarusu öz istədiyi şəkildə yenidən formalaşdırmağa çalışdığını demişdi.

Belarusda keçirilən prezident seçkilərinin  ardınca Lukaşenkonun müxalifləri etiraz aksiyalarına başlayıblar.