Tətik mexanizmi barədə artıq addım atmaq olmaz
BMT Təhlükəsizlik Şurasının sədri çərşənbə axşamı günü bildirib ki, şuranın bütün on üç üzvünün Amerikanın İrana qarşı tətik mexanizmi barədəki tələbi ilə müxalifətinə görə, bu barədə artıq addım atmaq olmaz.
SəhərAzəri xəbər verir, BMT Təhlükəsizlik Şurasının dövri sədri Dian Dcani deyib: Şurada Amerikanın İrana qarşı beynəlxalq sanksiyaların geri qaytarılması barədəki ərizəsilə bağlı ümumi razılığın olmamasına görə, şura elə bir mövqeyə malik deyildir ki, Amerikanın tələbi barədə artıq addım atmış olsun.
Bu iclasda Fransanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Anna Qoyqon da deyib: 2231 saylı qətnaməyə əsasən, Amerika nüvə anlaşmasının üzvü sayılmır və Vaşinqtonun bildirişi tətik mexanizmi prosesini fəallaşdıra bilməz.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da vurğulayıb: Amerikanın ötən həftə Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin 11-ci bəndinə əsasən şuranın sədrinə verilmiş İrana qarşı beynəlxalq sanksiyaların geri qaytarılması barədəki məktubunu bildiriş hesab etmək olmaz.
Çinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Tsyan Tsun da deyibdir ki, Amerikanın bu şuraya olan bildirişi İrana qarşı sanksiyaların geri dönməsi prosesinin başlanğıcı mənasında nəzərdə tutulmamalıdır.
ABŞ-ın dövlət katibi Mayk Pompeo avqustun 20-də BMT Təhlükəsizlik Şurasının sədrinə bir məktub təqim edərək, İranı nüvə anlaşmasını pozmaqda ittiham etdi və rəsmən/ nüvə anlaşmasına və 2231 saylı qətnaməyə əsasən ləğv edilmiş «İrana qarşı sanksiyalar»ın geri qaytarılmasını istədi.
Amerikanın BMT Təhlükəsizlik Şurasına olan bu rəsmi ərizəsindən sonra cümə günü şuranın dörd daimi və doqquz qeyri-daimi üzvü daxil olmaqla onun on üç üzvü açıq şəkildə bildirdi ki, Amerikanın ərizəsinin heç bir qanuni əsası yoxdur.
Nüvə anlaşmasına daxil olan Almaniya, İngiltərə və Fransa da bir bəyanatda bildirdilər ki, Amerikanın/ İrana qarşı tətik mexanizminin istifadə olunması üzrə hərəkətini himayə etmirlər.