Avq 27, 2020 12:46 Asia/Baku
  • Hindistan hərbçiləri Kəşmirdə İmam Hüseyn (ə) əzadarlarına hücum etdi

Avqustun 26-sı Hindistan hərbçiləri Kəşmirin bir çox bölgəsində İmam Hüseynin (ə) matəm mərasimlərinə hücum edib.

SəhərAzəri - İndianexpress saytı Kəşmirin paytaxtı Srinaqar şəhəri, Budqam, Hassanabad və Qondi Hasibut və digər bölgələrində İmam Hüseyn (ə) əzadarlarına edilən basqınlardan sonra çoxlu sayda əzadar həbs olunub.

KMSNews-un verdiyi xəbərə görə, Cammu və Kəşmirdəki matəm mərasimlərində Hindistan qüvvələrinə qarşı anti-avtoritar nümayişlər keçirilib və Kəşmirin paytaxtı Srinaqar şəhərinin müxtəlif yerlərində Kəşmir Vadisinin işğalı və Hindistan qoşunlarının repressiyalarına qarşı azadlıq şüarları səsləndirilib.

Kəşmirli Əhli-Beyt (ə) sevdalıları Hindistanın siyasi gələcəyini formalaşdırmaq üçün repressiya və hərbi güc tətbiq olunmasını qınayaraq belə deyiblər: “Azadlıq istəyirik”.

Qondi Hasibutda və şəhərin digər yerlərində yas tutanlara qarşı basqından sonra çoxlu sayda insan həbs olunub. Hindistan polisi əzadarların evlərinə basqın edib və bir neçə nəfəri həbs edib.

Yerli mediada Hindistan hərbçilərinin Boqdamda Zoriqunddakı əzadar qruplarına hücum etdiyi də bildirilir. Əsgərlər yas tutanlara gözyaşardıcı qaz, səs bombası, həqiqi güllələr və dəyənəklərlə hücum edib. Polisin hücumu İmam Hüseyn (ə) yürüşünün qarşısını ala bilməyib. Hücumda bir qrup əzadar yaralanıb.

Səccad Hüseyn Parray, Arif Əhməd Dar və Raja Məhbub adlı kəşmirli müsəlmanın həbs edildiyi bildirilir.

Teqlər