YUNİSEF dünya uşaqlarının təhsildən məhrum olması barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i366531-yunİsef_dünya_uşaqlarının_təhsildən_məhrum_olması_barədə_xəbərdarlıq_edib
BMT-nin Uşaq Fondu YUNİSEF koronavirus pandemiyası dövründə dünya uşaqlarının üçdə birinin təhsildən məhrum olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2020 18:44 Asia/Baku
  • YUNİSEF dünya uşaqlarının təhsildən məhrum olması barədə xəbərdarlıq edib

BMT-nin Uşaq Fondu YUNİSEF koronavirus pandemiyası dövründə dünya uşaqlarının üçdə birinin təhsildən məhrum olduğunu bildirib.

SəhərAzəri xəbər verir, BMT-nin Uşaq Fondu YUNİSEF bir hesabat yayaraq, COVİD-19 infeksiyasının yayılması səbəbindən məktəblərin bağlı olduğu müddətdə dünya uşaqlarının üçdə birinin yəni təxminən beş yüz min uşağın distant təhsil ala bilmədiyini açıqlayıb.

YUNİSEF-in hesabatında deyilir: "Bütün dünyada yerli və milii karantin rejiminin pik həddə olduğu bir dönəmdə 1,5 milyard məktəb yaşlı uşaq, məktəblərin bağlanmasından təsirlənibdir".

YUNİSEFİN bu hesabatı, məktəblərin bağlı olduğu müddətdə televiziya, radio və internet, həmçinin təhsilin təqdimat metodlarına giriş imkanı olan 100 ölkənin məlumatı əsasında hazırlanıb.

Statistikalara əsasən, indiyədək dünyada 24 milyondan çox insan koronavirusa yoluxub, onlardan 830 mindən çoxu həyatını itirib.