"Rusiya Belarusa qoşun yeritməsin"
https://azeri.sahartv.ir/news/dünya-i366591-rusiya_belarusa_qoşun_yeritməsin
Almaniya kansleri Rusiya təhlükəsizlik qüvvələrinin Belarusa göndərilməyəcəyinə ümid etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2020 06:41 Asia/Baku

Almaniya kansleri Rusiya təhlükəsizlik qüvvələrinin Belarusa göndərilməyəcəyinə ümid etdiyini bildirib.

Səhər Azəri bildirir ki, Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə Belarusdakı vəziyyətlə bağlı müzakirə aparıb.

 Teleqraf Xəbər Agentliyinin məlumatına əsasən, kansler bildirib: “Putinə dedim ki, Belarus məsələsində ölkənin suverenliyinə hörmət etmək lazımdır, insanlar öz yolları ilə getməlidirlər”.

Merkel söhbət zamanı Rusiya təhlükəsizlik qüvvələrinin Belarusa göndərilməməsini Susiya dövlət başçısından xahiş edib. Alman liderin fikrincə, respublikadakı mövcud vəziyyət 1989-cu ildə Şərqi Almaniyada baş verənlərdən fərqlənir.