Seçkilərdə qələbə çalsaq, nüvə anlaşmasına qayıdacağıq
https://azeri.sahartv.ir/news/dünya-i366617-seçkilərdə_qələbə_çalsaq_nüvə_anlaşmasına_qayıdacağıq
Demokratların prezident seçkilərindəki namizədinin müavini qələbə çalacaqları təqdirdə yeni hökumətin İran ilə nüvə anlaşmasına qayıdacağını dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2020 14:06 Asia/Baku
  • Seçkilərdə qələbə çalsaq, nüvə anlaşmasına qayıdacağıq

Demokratların prezident seçkilərindəki namizədinin müavini qələbə çalacaqları təqdirdə yeni hökumətin İran ilə nüvə anlaşmasına qayıdacağını dedi.

Səhər Azəri bildirir ki, Kamala Hers prezident seçkilərində qələbə çalacağı təqdirdə Co Baydenin Paris iqlim müqaviləsi və İran ilə nüvə anlaşmasına qayıdacağını deyib. 

Kamala Hers bu sözləri Co Baydenin seçki kampaniyasına maliyyə dəstəyi toplamaq üçün təşkil olunmuş virtual kampaniyada söyləyib.

Trampın siyasətlərini tənqid edən Kamala Hers etimadı doğrultmaq üçün Co Bayden hökumətinin beynəlxalq müqvilələrə qayıdacağını dedi.