Avq 30, 2020 16:13 Asia/Baku
  • Dünya öz tarixinin ən qaranlıq dövrünü təcrübə edir

ABŞ prezidentinin siyasətlərini, nüvə silahından istifadəyə dair təhdidlərini və iqlim dəyişikliklərinə münasibətini kəskin formada tənqid edən Nuam Çamski dünyanın ən qaranlıq dövrü təcrübə etdiyini dedi.

Səhər Azəri bildirir ki, amerikalı filosof Nuam Çamski koronavirus (COVİD-19) infeksiyasının sürətlə yayılması ilə bir vaxtda dərinləşməkdə olan ciddi problemlərə işarə edərək, dünyanın ən qaranlıq dövrünü təcrübə etdiyini deyib. 

Nuam Çamski "Hill" nəşrinə verdiyi müsahibədə nüvə silahından istifadəyə dair təhdidlərə, iqlim dəyişikliklərinə, irqçilik əleyhinə etirazların artmasına və iqtisadi böhranın dərinləşməsinə işarə edərək, deyib: Hazırda Birləşmiş Ştatlarda bir neçə ciddi böhranın bir-biri ilə kəsişməsinin şahidiyik.

"Bu, bəşəriyyət tarixində misilsiz bir andır. Bəşəriyyət tarixi heç vaxt bu qədər böhranın eyni zamanda baş verməsinin, bir-biriilə kəsişməsinin şahidi olmayıb. Bu böhranlardan xilas olmaq üçün dərhal təcili qərarlar qəbul edilməli və təxirə yol verilməməlidir." - deyə Çamski qeyd edib. 

Teqlər