Yaponiyanın yeni baş naziri 17 sentyabrda təsdiq olunacaq
https://azeri.sahartv.ir/news/dünya-i366665-yaponiyanın_yeni_baş_naziri_17_sentyabrda_təsdiq_olunacaq
Yaponiya parlamenti yeni baş naziri sentyabrın 17-də təsdiq edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2020 18:41 Asia/Baku
  • Yaponiyanın yeni baş naziri 17 sentyabrda təsdiq olunacaq

Yaponiya parlamenti yeni baş naziri sentyabrın 17-də təsdiq edəcək.

Səhər Azəri bildirir ki, Yaponiya parlamenti Şinzo Abenin istefa etməsindən sonra ölkənin yeni baş nazirinin namizədliyini təsdiqləmək üçün sentyabrın 17-də fövqəladə iclasa toplanacaq.

Bu məlumata görə, iqtidarda olan Liberal Demokrat Partiyası (LDP) artıq hökumətə rəhbərlik etməli olan sədrinin seçilmə tarixi ilə bağlı razılığın son mərhələsindədir. Partiyanın sentyabrın 14-də səs verməsi gözlənilir və nəticələr eyni gündə elan ediləcək.

Partiya nizamnaməsinə görə, LDP-nin növbəti rəhbəri bu vəzifədə istefa edən Abenin səlahiyyət müddəti bitənə qədər - gələn ilin sentyabr ayının sonunadək çalışacaq. Bundan sonra üç illik müddət üçün yeni baş nazir seçkiləri keçiriləcək.