Yəməndə savaş;
Təcavüzkar səud koalisiyası qırıcıları Yəmənin 3 vilayətini bombalayıblar
Təcavüzkar səud koalisiyası qırıcıları bu gün Yəmənin Əl-Məarib, Əl-Couf və Əl-Beyza vilayətlərində yaşayış massivlərini yenidən bombalayıblarş
Səhər Azəri bildirir ki, təcavüzkar səud koalisiyası qırıcıları Yəmənin Əl-Məarib vilayətinin "Maheliyyə" və "Mədqəl" bölgələri, Əl-Couf vilayətinin "Əl-Həzm" və Əl-Beyza vilayətinin "Vələd Rəbi" bölgəsini hədəfə alıblar.
Əl-Məsirə telekanalının məlumatına görə, bu hücumların ehtimal olunan tələfatı və xəsarətləri barədə hələ ki məlumat verilməyib.
Digər tərəfdən, Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi dünən gecə Yəmən ordusu və xalq komitələri tərəfindən Ərəbistanın cənubunda yerləşən "Əsir" vilayətinin "Abha" beynəlxalq hava limanına PUA hücumlarının həyata keçirilməsindən xəbər verib.
Sözü gedən xəbər agentliyi təcavüzkar səud koalisiyasının mətbuat katibi Türki Əl-Malikinin sözlərinə istinadla Yəmən ordusu və xalq komitələri tərəfindən Abha aeroportuna PUA hücumunun edilməsini təsdiqləyərək, iddia edib ki, səud koalisiyası qüvvələri bir ədəd partlayıcı dronu izləyərək, məhv ediblər.
Yəmən ordusu və xalq komitələri hələ ki, bu haqda açıqlama verməyiblər.