ABŞ BMT-nin təkfirçi terrorçulara qarşı qətnaməsinə veto qoyub
BMT Təhlükəsizlik Şurası və Vaşinqton arasında fikir ayrılıqlarının dərinləşməsi fonunda, ABŞ BMT-nin təkfirçi terrorçulara qarşı qətnaməsinə veto qoyub
SəhərAzəri xəbər verir, ABŞ 31 avqust tarixində, xarici təkfirçi terrorçuların taleyi ilə bağlı BMT-nin qətnaməsinə, ölkələrinə geri göndərilmələri tələb olunmadığı üçün veto qoyub.
Bu qətnamə BMT təhlükəsizlik Şurasının qeyri-daimi üzvü İndoneziyanın təşəbbüsü ilə irəli sürülüb.
Təhlükəsizlik Şurasının 14 üzvü Sözü gedən qətnamənin lehinə, bir üzvü isə əleyhinə səs verib.
ABŞ-ın BMT-dəki nümayəndəsi Kelli Kraft ABŞ-ın vetosunu şərh edərkən, deyib: "Bu qətnamə mübarizənin gücləndirilməsində nakam qalır, və nəticədə ABŞ belə bir bədbin və qəsdən məlumatlandırılmamış qüvvədə iştirakdan imtina edir".