ABŞ prezidenti Berlinin Rusiya əleyhinə iddasına qarşı çıxdı
Tramp Almaniya hökumətinin hesabatını rədd etdi
Donald Tramp Rusiya müxalifəti liderinin zəhərlənməsinə dair iddialara şübhə ilə yanaşaraq, Berlinin bu xüsusdakı dəyərləndirmələrini praktiki olaraq rədd edib.
Səhər Azəri bildirir ki, ABŞ prezidenti Putinin müxaliflərindən olan Aleksey Navalnının Rusiya hökuməti tərəfindən zəhərlənməsi ehtimalını rədd edib.
Tramp Rusiya müxalifəti liderinin zəhərlənməsində Kremlin roluna dair ehtimalları rədd edərək deyib: Onun zəhərlənməsinə dair dəqiq məlumatımız yoxdur.
Tramp bu sözləri cümə günü mətbuat konfransında deyib: Almaniya hökuməti bundan əmin olduğunu bildirir. Amma, bizdə buna dair dəqiq məlumat yoxdur.
ABŞ prezidenti Navalnının zəhərlənmiş olmasının onu xeyli qəzəbləndirəcəyini desə də, bu xüsusda daha çox dəlil və sübutun əldə edilməsini gözləyəcəyini söyləyib.
Kremlin sözçüsü Dmitri Peskov isə bu xüsusdakı bütün ittihamları rədd edərək, Rusiya əleyhinə sanksiya üçün heç bir əsasın olmadığını deyib.
Navalnı avqust ayında Tomsk şəhərindən Moskvaya səfər edərkən təyyarədə xəstələnib. Beynəlxalq təzyiqlərin ardınca Rusiya hökuməti onun Almaniya xəstəxanalarından birinə köçürülməsinə icazə verib.