Sen 06, 2020 20:01 Asia/Baku
  • Berni Sanders: Seçkilərdə iştirak insanların həyatı bahasına olmamalıdır

Amerikalı senator prezident seçkiləri və əhalinin sağlamlığını təhdid edən təhlükələr barədə xəbərdarlıq edib. 

Səhər Azəri bildirir ki, senator Berni Sanders seçkilərdə iştirak edəcək əhalinin sağlamlığının qorunması üçün lazımi tədbirlərin görülməsinə dair xəbərdarlıq etdi.

Berni Sanders ölkədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölüm hallarının artmasına işarə edərək deyib: Biz əmin olmalıyıq ki, seçkilərdə iştirak əhalinin sağlamlığı və həyatını təhlükə ilə üzləşdirməyəcək. 

Son statistik məlumatlara görə ötən sutka ərzində daha 50 min 502 nəfərin koronavirusa yoluxması nəticəsində ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 6 milyon 243 min 911 nəfərə çatıb.

Teqlər