Ərəbistanın cənub-qərbində PUA-dan istifadə ilə geniş əməliyyat həyata keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i366953-Ərəbistanın_cənub_qərbində_pua_dan_istifadə_ilə_geniş_əməliyyat_həyata_keçirilib
Yəmən ordusu Ərəbistanın cənub-qərbində önəmli məkanlar və hərbi hədəflərə qarşı PUA-dan istifadə ilə geniş əməliyyat həyata keçirib. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2020 02:55 Asia/Baku
  • Ərəbistanın cənub-qərbində PUA-dan istifadə ilə geniş əməliyyat həyata keçirilib

Yəmən ordusu Ərəbistanın cənub-qərbində önəmli məkanlar və hərbi hədəflərə qarşı PUA-dan istifadə ilə geniş əməliyyat həyata keçirib. 

Səhər Azəri bildirir ki, bu barədə Yəmən ordusunun sözçüsü məlumat verib. 

Yəmən ordusunun sözçüsü Yəhya Səri Tvitter-də yazıb: Ordunun aviasiya bölməsi Ərəbistanın cənub qərbində hərbi və önəmli məntəqələrə xüsusilə də Əbha hava limanına qarşı PUA-dan istifadə edərək, geniş əməliyyat keçirib. 

General Yəhya Səri bu əməliyyatın "dəqiq" icra edildiyini bildirib və deyib: Bu əməliyyat Ərəbistanın Yəmənə olan ardıcıl təcavüzlərinə cavab idi.

Səudiyyə Ərəbistanı ötən bir neçə həftə ərzində Yəmənin şimal-qərb vilayətlərinə və paytaxt Sənaya qarşı geniş hava hücumları həyata keçirməklə çoxlu sayda insanın ölməsi və yaralanmasına səbəb olub.