Belarusda siyasi gərginlik davam edir
On minlərlə nəfər Lukaşenko hökumətinə qarşı aksiyada iştirak edib
Belarusda on minlərlə hökumət əleyhdarı müxtəlif şəhərlərdə kütləvi aksiya keçirərək, bu ölkə prezidentinin istefaya getməsini tələb ediblər.
Səhər Azəri "Associated Press"ə istinadla bildirir ki, Vyana İnsan Hüquqları Təşkilatının sədri Ales Bialiatski dünən Belarusun paytaxtı Minskdə və digər böyük şəhərlərində keçirilən aksiyalarda iştirak edənlərin sayını yüz min nəfərdən çox təxmin edib.
Etirazçılar bu ölkə prezidenti Aleksandr Lukaşenkonun istefasını tələb ediblər.
Avqustun 9-da Belarusun altıncı prezident seçkilərinin keçirilməsi və Lukaçenkonun yenidən prezident seçilməsindən sonra onun məğlub olmuş rəqibi Svetlana Tixanovskayanın tərəfdarları Belarusun müxtəlif şəhərlərində küçə aksiyaları keçirərək, seçkilər prosesinə etiraz edib və polis qüvvələri ilə toqquşublar.
Medialar etirazların ilk günlərində təxminən 7 min nəfərin həbs oldunduğunu bildiriblər.
Yüzlərlə tələbə də şənbə günü Belarusun paytaxtı Minskdə etiraz aksiyası keçirərək, həbs edilən tələbələrin sərbəst buraxılmasını tələb ediblər.
Lukaşenko Belarusdakı iğtişaşlarda ABŞ və onun avropalı müttəfiqlərini günahlandırıb.