İraqlılar əcnəbi qoşunların ölkədən çıxarılmasını istəyirlər
İraq Parlamentinin üzvləri ABŞ hərbçilərinin ölkədən çıxarılmasına təkid etdilər
Bir qrup iraqlı deputat parlamentin ABŞ hərbçilərinin İraqdan çıxarılmasına dair qərarını geri dönüşü olmayan qərar adlandırıb və hökumətin onu icra etməsini tələb edib.
Səhər Azəri bildirir ki, "Saerun" koalisiyasının nümayəndəsi Riyaz Əl-Məsudi Əl-Məlumə ilə müsahibədə deyib: "Hökumət ABŞ hərbşilərinin İraqda qalmasının tərəfdarıdır, xüsusilə də ki, baş nazirin müşavirinin ABŞ hərbçilərinin İraqda qalmasına dair dedikləri bu məsələni vurğulayır və İraqın bəzi fraksiyaları da amerikalıların qalmasını lazım bilirlər".
Əl-Sadiqun fraksiyasının nümayəndəsi Məhəmməd Əl-Bəldavi də deyib: "Parlamentin ABŞ hərbçilərin İraqdan çıxarılmasına dair qərarı hökumət üçün məcburi v icrası lazım olan bir qərardır. Xüsusilə də ona görə ki, amerikalılar İraqda cinayət törədiblər və onların bu ölkədən çıxarılması gərəkdir".
Əl-Fəth koalisiyasının nümayəndəsi Məhəmməd Tağı Amirli də İraqın baş naziri Mustafa Əl-Kazimini müşavirinin dedikləri ilə bağlı məsuliyyət daşıdığını bildirib və deyib: "Hişam Davudun sözləri parlamentin qərarına hörmətsizlikdir".
İraqın baş nazirinin müşaviri Hişam Davud, çərşənbə axşamı mətbuata açıqlamasında, işğalçı qüvvələrin çıxarılması qərarının hüquqi qüvvəyə malik olmadığını deyib və onu belə əsaslandırıb ki, İraq parlamentdəki bütün siyasi partiyalar bununla razı deyillər. Həmçinin qəribə bir iddiada, təqlid mərcələrinin İraqdakı işğalçıların bu ölkədə qalmasının tərəfdarı olduğunu söyləyib.
Mustafa əl-Kaziminin müşavirinin dedikləri deputatlarda daxil olmaqla İraqın siyasi partiyaları və şəxsiyyətlərinin kəskin reaksiyasına səbəb olub.