Sen 08, 2020 16:59 Asia/Baku
  • Taliban 10 nəfəri girov götürüb

Taliban silahlıları ölkənin mərkəzində Pəncşir əyalətinin Abşar rayonunda ucqar bir bölgəyə hücum ediblər.

SəhərAzəri ToloNews-a istinadla xəbər verir ki, bu barədə Pəncşir əyalətinin Abşar rayonunun icra başçısı Məhəmməd-Söhrab Söhrabi məlumat verib.

Bildirilib ki, Taliban hərəkatının təqribən 70 üzvü ucqar bölgədə yerləşən Qala-Təri qəsəbəsinə basqın ediblər.

Bir neçə nəfərin öldüyü və 10 nəfərin girov götürüldüyü bildirilir.

Əfqanıstan Ordusu bölgə əlavə qüvvə göndərib.

Qeyd edək ki, hazırda Qətərin Doha şəhərində Əfqanıstanın hökumət nümayəndələri və Taliban rəsmi danışıqlar üçün hazırlıqlar görürlər.

Teqlər