ABŞ Livanın iki sabiq nazirinə sanksiya tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i367056-abŞ_livanın_iki_sabiq_nazirinə_sanksiya_tətbiq_edib
ABŞ Hizbullaha görə Livanın iki sabiq nazirinə sanksiya tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2020 12:10 Asia/Baku
  • ABŞ Livanın iki sabiq nazirinə sanksiya tətbiq edib

ABŞ Hizbullaha görə Livanın iki sabiq nazirinə sanksiya tətbiq edib.

SəhərAzəri isna-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq Departamenti bəyanat verib.

Bəyanatda bildirilir ki, Livanın sabiq Nəqliyyat naziri Yusif Fanyanus və sabiq maliyyə naziri Əli Həsən Xəlil Hizbullahla əlaqələrinə və verdikləri dəstəklərə görə qara siyahıya əlavə edilirlər.

ABŞ sanksiyalarına əsasən bu şəxslərin ABŞ-dakı əmlakı və hesabları dondurulr, eləcə də ABŞ vətəndaşları və şirkətlərinin onlarla müamilələri qadağan edilir.

Ekspertlər ABŞ-ın bu addımını Livanda demokratiya və seçki sisteminə daha bir zərbə anlamında olduğunu bildirirlər.

Image Caption