Lavrov Berlinin Navalnı macərasındakı rəftarını tənqid edib
Rusiyanın xarici işlər naziri bu ölkədə müxaliflərin lideri Aleksey Navalnının zəhərlənməsi məsələsində Almaniyanın rəftarını qeyri-münasib adlandırıb.
Səhər Azəri xəbər verir, Sergey Lavrov bir mətbuat konfransında deyib: Bizim öz alman həmkarlarımızın Berlinə göndərdiyimiz rəsmi xahişlər barədə tamamilə qeyri-münasib baxışları ilə bağlı bir çox sualımız var.
Rusiyanın xarici işlər naziri sonra söyləyib: Rusiya Almaniyanın/ öz mövqeyini dünya ictimaiyyətinə elan etmək üçün istifadə etdiyi tamamilə qəbuledilməz ritorikasından narazıdır.
Rusiya Xarici İşlər Nazirliyi də bir bəyanatda bildirib: Yanlış məlumatların yayılması üçün bir kampaniya formalaşıb və o da aydın şəkildə göstərir ki, ona başlayanlar Navalnının sağlamlığının qorunması üzrə öz əsas vəzifələrini və onun xəstəxanaya yatırılmasının əsl dəlillərini görmür, əksinə bu vəzifəni Rusiyanı sanksiya etmək üçün emosiyaları təhrik etmək hesab edirlər.
Aleksey Navalnı avqustun 20-də daxili uçuş zamanı, yəni Tomskdan Moskvaya uçarkən xəstələnib və beynəlxalq təzyiqlər altında Almaniyadakı bir xəstəxanaya köçürülübdür.
Rusiya müxalifətinin lideri- Aleksey Navalnının iddia olunan zəhərlənməsi və onun Almaniyaya köçürülməsi hazırda qərblilərin anti-rus kampaniyasının genişlənməsi üzrə yeni bir meydana çevrilibdir.