AB London rəsmiləri ilə təcili iclasın keçirilməsini istəyib
Avropa Birliyi İngiltərə rəsmiləri ilə təcili iclasın keçirilməsini istəyib.
SəhərAzəri xəbər verir, İngiltərə hökumətinin/ Avropa Birliyindən çıxmaq üzrə sazişin bəzi maddələrinin ləğv olunması təklifini bu ölkə parlamentinə verməsindən sonra Avropa Birliyi Londondan istəyibdir ki, birgə iclasda dərhal bu məsələyə baxılsın.
Avropa Komissiyasının sədr müavini Marus Sefkovik İngitərə hökumətini təcili iclasda bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də İngiltərə hökumətini tənqid edib. Vurğulayıbdır ki, təklif edilən layihə beynəlxalq qanunlarla təzad təşkil edir.
Bundan öncə, çərşənbə axşamı günündən başlanan London-Brüssel danışıqlarının səkkizinci etapı ərəfəsində İngiltərə hökuməti, oktyabrın 15-dək bu ölkə ilə Avropa İttifaqı arasında razılığın əldə olunmayacağı təqdirdə, özünün, razılıq olmadan «irəliyə doğru hərəkət» üzrə əzmkarlığından xəbər vermişdi.
Bu istiqamətdə İngiltərənin baş naziri Boris Conson bir layihə təqdim edib.
Conson Avropa Birliyinə qarşı çıxan qanunvericilərə söz veribdir ki, azad ticarət sahəsində razılığın əldə olunmayacağı təqdirdə, çıxış barədə bu birliklə əldə olunmuş sazişi ləğv edəcəkdir.