Peru prezidenti impiçment edilir
https://azeri.sahartv.ir/news/dünya-i367161-peru_prezidenti_impiçment_edilir
Peruda ölkə prezidenti Martin Viskarranın impiçment prosesinə start verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2020 06:46 Asia/Baku
  • Peru prezidenti impiçment edilir

Peruda ölkə prezidenti Martin Viskarranın impiçment prosesinə start verib.

Səhər Azəri bildirir ki, Peru Konqresinin son iclasında keçirilmiş səsvermədə deputatlardan 65-i prezidentin impiçment edilməsinin lehinə, 35-i isə əleyhinə səsə verib.

Məlumata əsasən parlamentin sentyabrın 18-də keçiriləcək iclasında M.Viskarra sualları cavablandırmaq üün iştirak edəcək. Peru prezidenti korrupsiyada ittiham olunur.

Qeyd edək ki, Perunun əvvəlki prezidenti Pedro Pablo Kuçinski də impiçment qərarından sonra, 2018-ci ildə istefa vermişdi.