Google, Amazon, Facebook və Microsoft-dan vergi tutulması araşdırılacaq
https://azeri.sahartv.ir/news/dünya-i367187-google_amazon_facebook_və_microsoft_dan_vergi_tutulması_araşdırılacaq
Avropa İttifaqının maliyyə nazirləri növbəti iclaslarında Google, Amazon, Facebook və Microsoft şirkətlərindən vergi alınması məsələsini araşdıracaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2020 15:40 Asia/Baku
  • Google, Amazon, Facebook və Microsoft-dan vergi tutulması araşdırılacaq

Avropa İttifaqının maliyyə nazirləri növbəti iclaslarında Google, Amazon, Facebook və Microsoft şirkətlərindən vergi alınması məsələsini araşdıracaqlar.

Səhər Azəri bildirir ki, bu barədə Almaniyanın maliyyə naziri Olaf Şultz məlumat verib. 

Olaf Şultz bildirib ki, Avropa İttifaqının maliyyə nazirlərinin növbəti iclasında Google, Facebook, Amazon və Microsoft kimi nəhəng şirkətlərdən vergi alınması habelə, koronavirus ilə mübarizəyə kreditlərin ayrılması kimi mövzular müzakirəyə çıxarılacaq. 

Avropa Birliyi iyul ayında bu qitə iqtisadiyyatının dirçəlişi üçün 750 milyard avroluq bir fondun yaradılması qərarına gəldi. Bu fondun Google, Facebook, Amazon və Microsoft kimi nəhəng şirkətlərdən alınacaq vergi hesabına təmin edilməsi planlaşdırılır.