Amerikalılar silahlanmağa başlayıblar
https://azeri.sahartv.ir/news/dünya-i367188-amerikalılar_silahlanmağa_başlayıblar
Amerikalılar ölkədə ictimai narazılıqlar və etirazların artmasının ardınca silahlanmağa başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2020 15:50 Asia/Baku
  • Amerikalılar silahlanmağa başlayıblar

Amerikalılar ölkədə ictimai narazılıqlar və etirazların artmasının ardınca silahlanmağa başlayıblar.

Səhər Azəri bildirir ki, Birləşmiş Ştatlarda irqçilik əleyhinə etirazların artması habelə, koronavirus pandemiyası dövründə sosial problemlərdən qaynaqlanan ictimai narazılıqların çoxalmasının ardınca insanlar silah mağazalarına üz tutublar. 

Pandemiya dövründə digər ölkələrdə insanlar tualet kağızı və dezinfeksiya edici məhlul qıtlığından əziyyət çəksə də, amerikalılar daha çox silaha üz tutublar. 

ABŞ hökumətinin hər gün artmaqda olan etiraz dalğasına laqeyd yanaşması və Tramp hökumətinin prezident seçkiləri ərəfəsində ölkəni xaosa sürükləməsi insanların özlərini təhlükələr qarşısında qorunmasız olduqları düşüncəsinə qapılmasına səbəb olub. Məhz buna görə də insanlar fərdi təhlükəsizliklərini təmin etmək üçün silahlanmağa başlayıblar.