ABŞ-ın insanlığa yaraşmayan hərəkəti
BMT: ABŞ-ın sanksiyaları pandemiya dövründə də davam edir
BMT ABŞ-ın İran və Kuba əleyhinə sanksiyalarının hətta pandemiya dövründə belə davam etdiyini bildirdi.
Səhər Azəri bildirir ki, cari ildə Ümumdünya Səhiyyə Təşkilatına üzvlüklərini ləğv edən ABŞ və İsrail rejimi BMT-nin koronavirus infeksiyasının yayılmasının önlənilməsi istiqamətində ölkələrin birgə hərəkət etməsinə dair çağırışına qarşı çıxmağa çalışıblar.
BMT koronavirus pandemiyası ilə təsirli mübarizə apara bilmək üçün düşmənçiliklər və sanksiyaların durdurulmasını istəmişdi.
BMT-nin Baş Assambleyasının koronavirus infeksiyasının yayılmasının önlənilməsi məqsədilə təklif etdiyi qətnamə layihəsi 169 ölkə tərəfindən dəstək gördüyü halda Ukrayna və Macarıstan bu qətnamə layihəsinə bitərəf səs verdilər. ABŞ isə sadəcə sionist İsrail rejiminin dəstəyi ilə bu qətnamə layihəsinə qarşı çıxmışdı.
Maraqlıdır ki, koronavirus infeksiyasından ən çox əziyyət çəkən ölkə elə Birləşmiş Ştatların özüdür.