Sen 18, 2020 18:11 Asia/Baku
  • ABŞ-ın anti-İran səyləri dalana dirənəcək

Rusiya xarici işlər naziri Amerikanın anti-İran rəftarını tənqid edib. Bildirib ki, Vaşinqtonun Tehrana qarşı sanksiyaları dalana dirənəcək.

SəhərAzəri xəbər verir, Sergey Lavrov bu gün Ria-Novosti ilə müsahibədə Amerikanın İran əleyhinə düşmənçilik hərəkətlərini kəskin tənqid atəşinə tutub. Nəzərə çatdırıb ki, Amerikanın/ vasitəsilə İranı zəiflətməyə çalışdığı sanksiyalar/ heç vaxt nəticə verməyəcəkdir.

Lavrov sonra deyib: Vaşinqtonun Qərbi Asiya və Şimali Afrikanın problemləri barədə dialoq təşkil etmək üzrə səyləri bir anti-İran istiqamətində də səmərəsiz qalacaqdır.

Amerika 2018-ci ilin səkkiz mayında qanunsuz şəkildə nüvə anlaşmasından çıxdıqdan sonra İran əleyhinə təzyiqin tətbiq edilməsi istiqamətində hərtərəfli kampaniya təşkil edibdir.

Trampın bu hərəkəti daxildə və beynəlxalq səviyyədə geniş şəkildə pislənibdir.

Teqlər