Sen 18, 2020 19:50 Asia/Baku
  • “Lukaşenko gələn noyabrdan etibarən Belarus prezidenti sayılmamalıdır.”

Avropa Parlamenti, AB-nin iqtisadi sanksiyalarının Lukaşenkoya qarşı tətbiq olunacağını açıqlayarağ bildirib: “Lukaşenko gələn noyabrdan etibarən Belarus prezidenti sayılmamalıdır.”

SəhərAzəri xəbər verir, Aleksander Lukaşenko-nun Belarusdakı prezidentliyinin ötən dövru noyabr ayına qədər davam edir və sonra sona çatır; Avropa Parlamenti bildirib, o noyabr ayından sonra artıq bu ölkənin prezidenti kimi tanınmamalıdır və Ona qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq.
Belarusiya, Alexander Lukaşenko-nun son 9 Avqust prezident seçkilərində münaqişəli qələbəsindən bəri iğtişaşlar içindədir. Avropa Parlamenti Lehinə 574 səs ilə, Belarusiyadakı etirazlara dəstək olaraq rəsmi seçki nəticələrini rədd edib. Qərblilərin fikrincə, bu seçki qələbəsi saxtakarlıqla müşayiət olunub.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov RTVI-ya açıqlamasında belə deyib: Əminəm ki, Belarusiyada vəziyyət tezliklə normallaşacaq.

Teqlər