Avropalı müttəfiqləri də ABŞ-ı qapı arxasında qoydular
Almaniya: ABŞ-ın "Tətik" mexanizminə istinad haqqı yoxdur
"ABŞ İran əleyhinə sanksiyaları bərpa edəcək qanuni səlahiyyətə malik deyil"
Səhər Azəri bildirir ki, bunu Almaniya Xarici İşlər Nazirliyi "Avropa Troykası"nın bəyanatına istinadla bəyan edib.
Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ-ın "Tətik" mexanizmindən istifadə edərək, BMT-nin İran əleyhinə sanksiyalarını bərpa etmək üzrə səylərinin heç bir qanuni əsası olmadığını vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyi öz Tvitter səhifəsində Avropa Troykasının ABŞ-ın BMT-də İran əleyhinə sanksiyaları bərpa etmək üzrə səylərinin qəbuledilməz olmasına dair bəyanatını dərc edərək, yazıb: ABŞ-ın 8 may 2018-ci ildə nüvə anlaşmasından çıxdı və anlaşma çərçivəsində əməkdaşlıqdan imtina etdi. Buna görə də ABŞ-ın "Tətik" mexanizmindən istifadə etmək istəməsi heç bir qanuni əssa malik deyil. Biz hələ də nüvə anlaşmasının qorunmalı olduğuna inanırıq.
İran ilə nüvə anlaşmasında olan 3 Avropa ölkəsi ABŞ-ın İran əleyhinə BMT-nin sanksiyalarının bərpa edilməsinə dair iddiasına reaksiya olaraq Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə sadiq qalacaqlarını elan ediblər.
Fransa, Almaniya və Britaniya tərəfindən verilən birgə bəyanatda ABŞ-ın 8 may 2018-ci ildə nüvə anlaşmasından çıxdığına və bu anlaşma ilə əməkdaşlığa son qoyduğuna təkid ediblər.