Avropanın aqressiv rəftarlarına cavab olaraq
Rusiyaya girişi qadağan edilən avropalıların sayı artır
Rusiya daha bir qrup Avropa vətəndaşının bu ölkəyə girişinə qadağa qoyulduğunu elan etdi.
Səhər Azəri bildirir ki, Rusiya Xarici İşlər Naziri hər hansı bir səbəb göstərmədən daha bir qrup Avropa vətəndaşının bu ölkəyə girişinin qadağan edilməsindən xəbər verib.
Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq bildirib: Rusiyaya girişinə qadağa qoyulmuş Avropalı həqiqi və hüquqi şəxslərin siyahısına yeniləri əlavə edilib.
Rusiya XİN-i bu bəyanatda Avropanın daim təxribatçı mövqe sərgilədiyinə işarə edərək, "qara siyahı"ya yeni adların salınmasında məqsədin qarşı tərəfə adekvat cavabın verilməsi olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb dövlətləri və başçılarının Rusiya müxalifətinin rəhbərlərindən olan Aleksey Navalnı və onun zəhərlənməsi hadisəsi üzərindən manipulyasiya etmələrini qəbuledilməz adlandırıb və deyib: Bütün ittihamlar əsassızdır və Rusiya əleyhinə hansısa sübut yoxdur.
Almaniya başda olmaqla Avropa ölkələri Rusiya hökumətini Navalnıya qarşı terror aktında ittiham edirlər.Rusiya isə bu ittihamı rədd edir.