Sen 28, 2020 13:41 Asia/Baku
  • Əfqanıstanın nisbətən təhlükəsiz Bamiyan bölgəsində Talibanla toqquşmalarda 9 Əfqan əsgəri ölüb

Bamyan təhlükəsizlik səlahiyyətliləri açıqlayıb: Bamyan bölgəsinin Şibar şəhərində son iki gündə Taliban və Əfqan hərbçilərin arasında güclü toqquşmalar baş verib, nəticədə 9 Əfqan əsgəri həyatını itirib.

SəhərAzəri xəbər verir, Bu qarşıdurmalar, Taliban "Dərrə Şekari" bölgəsindəki Əfqan hərbi mövqelərinə və nəzarət nöqtələrinə hücum etdikdən sonra başlayıb.
Bamyan təhlükəsizlik rəsmiləri Əfqan əsgərlərinin Taliban hücumlarını dəf etdiyini bildirib.
Hücumlar Əfqanıstan hökumətinin Taliban ilə sülh danışıqları ilə eyni vaxtda başlayıb. Əfqanıstan Müdafiə Nazirliyinin müvəqqəti rəhbərinin fikrincə, Talibanin  hücumlarını gücləndirməyindən məqsədi sülh danışıqları masasında mənfəət qazanmaqdır.

Teqlər