Okt 01, 2020 13:56 Asia/Baku
  • Çində beynəlxalq «İpək Yolu» film festivalı keçirilir

Çində beynəlxalq «Yeni İpək Yolu» film festivalı başlanıb.

SəhərAzəri xəbər verir, Çinin şimal-qərbində yerləşən Şansi əyalətinin mərkəzi olan Tayyuan şəhərində bu ölkədən və dünyanın müxtəlif ölkələrindən gəlmiş kinematoqrafların üç min 500 əsərinin iştirakı ilə keçirilən 7-ci «Yeni İpək Yolu» film festivalı oktyabrın 16-dək davam edəcək.

Bu festivalda filmlər səhiyyə protokollarına riayət edilməklə açıq mühitdə və kino-teatrlarda pulsuz şəkildə hamı üçün nümayiş etdirilir.

Filmlər «İpək Yolu dünyanı bir-birinə qovuşdurur» və «Film mədəniyyətləri bir-birilə əlaqələndirir» kimi mövzularda işlənibdir.

«Yeni İpək Yolu» layihəsi/ «bir qurşaq-bir yol» kimi, dünyanın müxtəlif ölkələrini təmsil edən iqtisadi infrastrukturlarda bir investisiya layihəsidir. Bu layihə Çin prezidenti Si Tsin Pin tərəfindən 2013-cü ildə irəli sürülüb və bir trilyon dollardan yuxarı sərmayə yatırımı ilə başlanıbdır.

Hazırda 123-dən çox ölkə və 29 beynəlxalq təşkilat Çinlə əməkdaşlıq müqaviləsi imzalayıbdır.

Teqlər