Okt 04, 2020 09:12 Asia/Baku
  • Almaniyanın cənubunda aksiya

Almaniyanın cənub əhalisi bu ölkə hökuməti tərəfindən koronavirus məhdudiyyətlərinin tətbiq edilməsinə etiraz olaraq, aksiya keçirib.

SəhərAzəri xəbər verir, Etirazçılar Almaniyanın cənubunda yerləşən Konstans şəhərində aksiya təşkil edərək, bu ölkə hökuməti tərəfindən koronavirus məhdudiyyətlərinin tətbiq edilməsinə qarşı çıxıb. Onlar bütün bu məhdudiyyətlərin ləğv olunmasını tələb ediblər.

Almaniyada koronavirus xəstələrinin sayının artmasının ardınca bu ölkə hökuməti yenidən məhdudiyyətlər tətbiq etməyə məcbur olub. Bu da Almaniya vətəndaşlarından bəzilərinin etirazı ilə üzləşibdir.

Avropada koronavirus elə bir halda davam edir ki, yaşıl qitənin bəzi ölkələrində xüsusən soyuq fəsil ərəfəsində COVID-19-a yoluxanların sayının artma prosesi təhlükə siqnallarını səsləndirərək, çətin payız və qışdan xəbər verir.

Teqlər