Almaniya "Brexit" danışıqları ilə bağlı Britaniyaya xəbərdarlıq edib
Almaniyanın xarici işlər naziri Britaniyaya, bu ölkənin Avropa Birliyindən ayrılması və Brexit-dən sonrakı dövr üçün razılığın əldə edilməməsi barədə xəbərdarlıq edib.
SəhərAzəri Röyters-in məlumatına istinadla, Almaniyanın xarici işlər naziri Hayko Maas koronavirusun yayılmasından irəli gələn problemləri nəzərə alaraq, Britaniya hökumətinə post-Brexit dövrü üçün razılığın əldə edilməməsinin problemləri daha da kəskinləşdirəcəyi və tamamilə məsuliyyətsiz bir hərəkət olduğu barədə xəbərdarlıq edib.
Hayko Maas, Avropa İttifaqının Brexit məsələləri üzrə baş müzakirəçisi Mişel Barnier ilə görüşdən sonra Brüsselin Britaniya ilə razılaşma əldə etmək müraciətinə toxunub və əlavə edib: "İqtisadi və səhiyyə sektoru problemlərini nəzərə alaraq, hər iki tərəf çətinlik çəkiblər".
Avropa İttifaqı, oktyabrın birindən etibarən Britaniyaya qarşı hüquqi prosedurlara başlayıb və ona səbəb kimi bu ölkənin Brexit razılaşmasından çıxmasını göstərib.
Brexit-in keçid dövrü dekabrın 31-də sona çatacaq.