Rusiya ABŞ-a Suriyadakı hərəkətləri barədə xəbərdarlıq edib
Rusiyanın xarici işlər naziri ABŞ-ın Suriya kürdlərinə yanaşmasının fəlakətli nəticələri barədə xəbərdarlıq edərək, Suriyanın ərazi bütövlüyünün qorunması vacibliyini vurğulayıb.
SəhərAzəri Fars xəbər agentliyinə istinadla, Sergey Lavrov dünən gecə ABŞ-ın Suriya kürdlərini muxtariyyət yaratmağa təhrik etməsinin fəlakətli nəticələri barədə xəbərdarlıq edib və deyib: "Bu məsələ region, Avropa və hətta Rusiyanın özünə belə təhlükə yaradır".
Kürdlər məsələsinin Qərbi Asiya regionunun bir çox ölkəsinə aid olduğunu bəyan edən Lavrov qeyd edib ki, ayrılmağa çağırışın çox pis nəticələri ola bilər.
Rusiyanın xarici işlər naziri Suriya hökumətinin terrorçularla mübarizəsinə də toxunub. O, əlavə edib: "Rəsmi Dəməşq dəfələrlə kürd yaraqlıları və ABŞ-ın Suriyanın şimal və şərqindəki terrorçu ünsürlərinin nefti talan etməkdən başqa bir məqsədinin olmadığını vurğulayıb".
Suriyanın şimalındakı kürd yaraqlılarını ABŞ və müttəfiqləri dəstəkləyir.