Nyu-Yorkda Trampın 20 min yalanı ilə bağlı qraffiti
Okt 07, 2020 08:55 Asia/Baku
Amerikalı vətəndaş fəalları Nyu-York şəhərində bu ölkənin prezidenti Donald Trampın 20 min yalanı barədə bir qraffiti çəkiblər.
SəhərAzəri xəbər verir, Trampın bu yalanları koronavirusdan tutmuş vergilərə, səhiyyə və müalicəyədək müxtəlif mövzuları əhatə edir.
«Vaşinqton Post» qəzeti də 20 min hal həddini aşmış bu yalanlar barədə bir reportaj yayıb.
Trampın yalanları bitmək bilmir və bu günlər hətta Amerika cəmiyyətində tənqid və satira mövzusuna çevrilibdir.
«Vaşinqton Post» qəzeti özünün «Fakt Çeker»(Fact Checker) adlandırılan həqiqətlərin izlənilməsi barədəki data mərkəzlərinin məlumatlarına istinadla yazıb: Tramp Ağ Ev-ə daxil olduğu zamandan hazırkı dövrədək öz yalanlarını 20 min haldan çoxa yüksəldibdir.