Okt 10, 2020 17:47 Asia/Baku
  • Rusiya “S-400” və “S-300”-lərini modernləşdirir

Ruisya Müdafiə nazirliyi “S-400” “Triumf” və “S-300” “Favorit tipli hava hücumundan müdafiə sistemlərini yenidən modernləşdirir.

SəhərAzəri-nin , Dəyərlər saytında istinadən yaydığı məlumata əsasən,  bu barəd “İsvestiya” qəzeti məlumat yayıb.

 

Qəzetin nazirlikdən aldığı informasiyaya görə, həmin yenilənmədən sonra adı çəklən komplekslərin buraxılış qurğuları eyni zamanıda həm yaxın, həm də uzaq hədəfləri vurmaq qabiliyyətinə malik olacaq.

 

“Belə bir sistem bizə ən vacib nöqtələrə olduqca bahalı sayılan sursatları israf etməmək üçün lazımdır”,-deyə Rusiya Hərbi-Hava qüvvələri komandanının birləşmiş hava hücumundan müdafiə sistemlərinə nəzarət üzrə keçmiş müavini Ayteç Bijev qəzetə söyləyib.

 

Qeyd etmək lazımdır ki, bu ilin oktyabr ayında “The National İnterest” jurnalı Böyük Britaniyanın artıq Rusiyanın "S-400"-lərini bloklamamağa qadir sistem hazırladığı barədə məlumat vermişdi.

 

SSRİ-nin piyada qoşunlarının HHM-nin komandanının keçmiş müvaini, general-leytenant Aleksandr Luzan isə Türkiyəyə verilən “S-400”-lərin sınaqlarının əsas hədəfinin məhz bu zəifliklərin tapılmasından ibarət olduğunu söyləyib.

Teqlər